“Səni o boyda məhkəməyə təyin etmişik, get ordan pulunu çıxart…” – Nazir müavini ilə bağlı ŞOK İDDİA
Ədliyyə Nazirinin müavini Azər Cəfərov milyonlarla vəsaiti mənimsəyir. O, məhkəmələrin inzibati binasının tikintisi, təmiri üçün Dünya bankının verdiyi kreditləri və Azərbaycan hökumətinin ayırdığı vəsaitləri istədiyi kimi xərcləyir. A.Cəfərov Nazirlikdə məhkəmələrin kuratoru hesab olunur.
Məhkəmələrin inzibati binaları üçün ayrılan kreditlərin məbləği bəzən 100 milyon manata qədər olur. Bütün bu pullar A.Cəfərovun rəhbərliyi altında dağıdılır.
Məsələn, A.Cəfərov Binəqədi Rayon Məhkəməsinin sədri Araz Kazımova məhkəmənin binasının tikintisini başa çatdırmağı tapşırır. Məhkəmə sədri inzibati bina üçün 300 min manat ödəyir. Sonra nazir müavini A.Cəfərov ona “atır” və pulu qaytarmır. Deyir ki, “səni o boyda məhkəməyə təyin etmişik, get ordan pulunu çıxart…”.
Bax, bu üsullarla bina tikib içini də rüşvət -korrupsiya yuvasına çevirirlər. Məhkəmədə bütün işlərin pulla həll olunması da məhz buna görədir.
Qeyd edim ki, məhkəmə sədri A.Kazımov bütün ailə üzvlərini vəzifələrə təyin etdirib. Belə ki, onun həyat yoldaşı İradə Kazımova Suraxanı “ZAQS”-ın müdiridir, oğlu Ayxan Kazımov isə prokurorluq orqanlarında müstəntiq vəzifəsində çalışır.
Samir Feyruzov //realmedia.az//