Cəmiyyət Manşet

İdarə müdiri Firdovsi Qafarovun şərikli SANATORİYA TİKDİRDİYİ DEYİLİR – ŞOK İDDİA

62 saylı Naftalan Şəhər Yol İstismar İdarəsinin müdiri Firdovsi Qafarovun şərikli sanatoriya tikdirdiyi deyilir.

İdarə müdirinin şəriki “Sehirli Naftalan” sanatoriyasının rəhbəridir.

Onların eyni zamanda quda olduğu bildirilir.

Məlumata görə, “Sehirli Naftalan” sanatoriyasının yanında yeni inşa edilən sözügedən 3 mərtəbəli sanatoriyanın tikintisi zamanı 62 saylı Naftalan Şəhər Yol İstismar İdarəsinin texnikalarından istifadə olunub.

Artıq istifadəyə verilən yeni sanatoriya kompleksinin qanunsuz olduğu iddia edilir. Belə ki, bu kompleksin Dövlət Şəhərsalma və Arxitektura Komitəsində fərdi ev kimi qeydiyyata alındığı, lakin sanatoriya kimi fəaliyyət göstərdiyi bildirilir.

Digər maraqlı məqam isə fərdi ev kimi dövlət komitəsində qeydiyyata alınan obyektin tibbi vannaların qoyulması və naftalan nefti xətti ilə təchiz olunmasıdır.

Tibbi xidmət yönümlü sanatoriyaların naftalan nefti ilə təmin olunması Səhiyyə nazirliyinin verdiyi xüsusi lisenziya ilə mümkündür.

Bu cür lisenziyaların fərdi evlərə yox, yalnız tibbi xidmət göstərən, tələb olunan standartlara cavab verən müəssisələrə verilir.

Məsələ ilə bağlı Naftalan Şəhər Yol İstismar İdarəsinin müdiri Firdovsi Qafarovdan, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən və Səhiyyə Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.Arqument.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir