Cəmiyyət Manşet

Deputat İqbal Məmmədovun üfünət iyi verən biznesi… – Lerik və Lənkəran sakinləri şikayət edir

“Lerik Broyler” MMC-yə məxsus Lebro Quşçuluq Kompleksi Lerikin Piran kəndi başda olmaqla ətraf yaşayış məntəqələrində vəziyyəti dözülməz hala gətirib.

Zirveyolu.info  AzToday.az-a istinadla xəbər verir ki, deputat İqbal Məmmədova məxsus müəssisə illərdir tullantı mallarını sanitar normalara zidd qaydada yandıraraq üfünət iyinin yayılmasına səbəb olur.

Sakinlər dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Qida Təhlükəsizliyi agentliyinə şikayət etsələr də, heç bir ciddi tədbir görülməyib.

Şirkətin qanuni təmsilçisi İqbal Məmmədovun qardaşı oğlu Orxan Nərimanlıdır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir