Cəmiyyət Manşet

Elmar Vəliyev tikinti biznesinə girişib… – Belə deyirlər…

Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevdən xəbər var.

Zirveyolu.info  bildirir ki, sabiq icra başçısına yaxın mənbələrin Gununsesi.info-ya verdiyi xəbərə görə, Elmar Vəliyev Bakıda tikinti biznesinə başlayıb.

Onun bu iş üçün Türkiyədən gəlmiş iş adamları ilə ortaq razılaşmasının olduğu deyilir.

Vəliyevə yaxın mənbə onu da bildirib ki, sabiq başçının anlaqsız olması barədə cəmiyyətdəki fikir yanlışdır.

“Elmar Vəliyev gununun bir neçə saatını özünə məxsus ofisdə keçirir. Görüşləri olur, biznesini idarə edir” deyə mənbəmiz əlavə edib.

Qeyd edək ki, Elmar Vəliyevin vəkilləri ona qarşı sui-qəsd cinayətində ittiham olunan Yunis Səfərovun məhkəməsinə sabiq başçının anlaqsız olmasına dair həkim rəyi təqdim etmişdilər.

Həmin rəyi nəzərə alan məhkəmə kollegiyası prosesləri Elmar Vəliyevin iştirakl olmadan aparıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir