Manşet

Modern Azərbaycan ailəsinin ideoloqu: Mehriban xanım Əliyeva

Qərb ölkələrində ailə problemləri ilə ciddi məşğul olan beyin mərkəzlərinin, QHT-lərin, ailə institutlarının, sosioloji təsisatların çoxsaylı araşdırmalarına, maraqlı nəticələrinə, fərqli metodoloji modellərinə rəğmən, Azərbaycanda da dövlət qurumları və ictimai təşkilatlar tərəfindən bir sıra dəyərli layihələr həyata keçirilir. Dövlət müstəqilliyimizin qarantı olan Ümummilli Liderimiz Heydər Əliyevin Prezidentliyi dönəmindən bu yana çoxsaylı elmi-kütləvi tədqiqatlar, sosioloji sorğular, kulturoloji və sosioloji, iqtisadi-sosial araşdırmalar aparılsa da, cəmiyyət və onun kiçik forması sayılan ailə modelləri, birgəyaşarlıq bilgiləri, gender məsələləri durmadan dəyişikliklərə uğrayır, dövrün – zəmanənin tələblərinə uyğun olan elmi-intellektual yanaşmalar tələb edir.

Dəyişikliklərin durmadan artdığı bir vaxtda hər zaman Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının xarici və daxili siyasətini dəstəkləyən Birinci vitse-prezident Mehriban xanım Əliyeva milli və modern ailə problemləri ilə ardıcıl məşğul olur. Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun prezidenti, UNESKO cə ISESCO-nun xoşməramlı səfiri olaraq da cəmiyyətimizin bütün təbəqələrinin pənah gətirdiyi dövlət xadimi, müxtəlif proqramların, layihələrin müəllifi kimi beynəlxalq aləmdə nüfuz sahibidir.

Çağdaş həyatımızın bütün sahələrinin qloballaşdığı, İnternetləşdiyi, elektronlaşdığı, virtuallaşdığı bir zəmanədə gənc nəsil nümayəndələri, eləcə də başqa ölkələrdə yaşayan, yad mədəniyyətlərin daşıyıcılarına çevrilməkdə olan milyonlarla soydaşımız arasında siyasi-dövlətçilik liderləri kimi qəbul olunan Əliyevlər ailəsi Azərbaycan ictimai-mənəvi dünyagörüşünün və etnik kimliyimizin əsas hissəsinə çevrilən milli ailə dəyərlərinin dirçəldilməsində xüsusi fəallığlı ilə seçilir.

Prezident İlham Əliyevlə yanaşı sədaqətli ailə başçısı kimi dünyada tanınan Birinci vitse-prezident Mehriban Əliyeva həm də birinci xanım missiyasını uğurla həyata keçirməkdədir. O, yalnız öz ailəsinin deyil, həm də Azərbaycan adlanan böyük ailəmizin lideridir!

Modern ailə formalarının modellərini işləyib hazırlayan mütəxəssislərin iştirakı ilə ictimai-mədəni, sosial-intellektual müzakirələrə başlamaqla  yanaşı, Mehriban xanım Əliyeva keçmiş SSRİ-nin dağlması ilə bir formasiyadan digər yaşam tərzinə keçən cəmiyyətimiz, eləcə də Ermənistanın işğalçı siyasəti, Qərbi Azərbaycan və Dağlıq Qarabağdakı məlum münaqişələr nəticəsində doğma yurd-yuvalarından qovulan milyona yaxın insanımızın, yüz minlərlə ailənin, qadının, uşağın, xəstənin, əlilin sosial durumu ilə mütəmadi maraqlanır, insanlara yardım göstərir.

Təməli Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan, sonralar möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident, bütün dünyada qadınlarımızın, analarımızın dostu, ailə dəyərlərinin böyük təbliğatçısı etimadını qazanan Mehriban xanım Əliyevanın birbaşa iştirakı ilə müstəqil ölkəmizdə aparılan uğurlu daxili və xarici siyasət, bu istiqamətdə problemlərin böyük əksəriyyətinin aradan qaldırılmasına kömək edir.

Son zamanlar mənəvi-ruhi ailə dəyərlərimizə qarşı xaricdən olan hücumlar zamanı bəzən gənclərimizin məhdud bir hissəsinin “liberal” dəyərlərin – insan haqlarının, qadın azadlığının, gender bərabərliyinin qorunması kimi “dəbə mindirilən trendlər”in təsirinə düşə bildiyini nəzərə alaraq, çağdaş dünyada getdikcə zəifləyən ailə dəyərlərinin bərpası və genişlənməsi istiqamətində fərqli formatlı aksiyalar həyata keçirmək, sadalanan mənfi halları zəiflətmək  qarşıya qoyulmuş əsas məqsədlərdəndir. Yaşlılara olan sayğını, gənclərə-uşaqlara yönəli sevgini artırmaqla bu istiqamətdəki gərginlikləri azaltmağı, qədim dəyərlərimizin dirçəldilməsi, daha da inkişaf etdirilməsi, o istiqamətdə ciddi addımları, innovativ təşəbbüsləri, yeni yaşam dünyagörüşlərini, modern ailə modellərini, yeni nəslin qəbul etdiyi çevik formaları dəstəklədiyinə görə Mehriban xanım Əliyeva hər zaman bizim mənəvi-ideoloji liderimiz olaraq qalacaq.

Bu gün, 26 avqust Mehriban xanım Əliyevanın anadan olan günüdür. Sevimli və dəyərli Birinci vitse-prezidentimizi ailəmiz və rəhbərlik etdiyimiz “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyi və http://www.zekaishiginda.az ünvanlı saytın adından səmimi-qəlbdən təbrik edir, fəaliyyətlərində böyük uğurlar arzulayırıq.

                                                          

Cəmilə ÇİÇƏK, 

Filologiya üzrə fəlsəfə doktoru, araşdırmaçı-jurnalisist, Prezident təqaüdçüsü

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir