Cəmiyyət Manşet

Naxçıvanın Baş naziri dəmiryolçuların maaşına niyə SANKSİYA QOYUB? – ŞOK SƏBƏB

Araşdırmaçı-yazar Heydər Oğuz Facebook səhifəsində maraqlı məlumat paylaşıb.

Zirveyolu.info Ovqat.com-a istinadla həmin məlumatı təqdim edir:

“Naxçıvanın Baş nazirinin hünəri: ABŞ-ın Ticarət Departamenti səbrsizliklə onu gözləyir

Belə başa düşürəm ki, “Qara Pişik” bu dəfə “Boz kardinal”ın kabinetinə girib. Seyfindəkı bir neçə gizli sənədi çırpışdırıb mənə gətirib.

Hələlik o sənədlərdən birini paylaşıram.

Naxçıvanın Baş naziri dəmiryolçuların maaşına niyə SANKSİYA QOYUB?

“Qara Pişiy”in dediyinə görə, 15 iyun Milli Qurtuluş günü münasibətilə Naxçıvanda bütün təşkilatlara 20 faiz mükafat verilib. Bircə Naxçıvan Dəmir Yolları MMC-nin əməkdaşlarında başqa. Dəmiryolçuların günahı nə olsa yaxşıdır?

“Qara Pişik” bu sualı belə cavablandırdı:

“Heç nə. Naxçıvan Dəmir Yolları MMC sədri vaxtinda xanin haqqını çatdırmayıb. Naxçıvan MR Nazirlər Kabineti isə onun qisasını dəmiryolçulardan alıb. Baş nazir Səbuhi Məmmədovun əmri ilə həmin təşkilatın işçilərinin əlavə 20 faiz mükafatına sanksiya qoyulub”.

Evin yıxılmasın, Səbuhi müəllim. Sən bu qabiliyyətlə niyə Naxçıvanda oturubsan? Yerinə olsam, ABŞ-a gedər, o ölkənin Sanskiyalar Nazirliyi kimi tanınan Ticarət Departamentinin sədri olaram.

Düzdür, Baş nazir hara, Departament rəhbəri hara? Amma ABŞ-da ABŞ-dır axı. Hər halda Naxçıvandan heç olmasa milyondan dəfə böyükdür.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir