Kriminal Manşet

DTX Naxçıvan Gömrük Komitəsində əməliyyat keçirir

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvan Dövlət Gömrük Komitəsində (DGK) əməliyyat keçirir.

Bu barədə jurnalist Aygün Muradxanlı məlumat yayıb. O bildirib ki, hazırda əməliyyatçılar Komitənin inzibati binasındadırlar.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əməliyyat zamanı artıq bir neçə nəfər saxlanılıb. Hazırda binada axtarışlar aparılır. Əməliyyatın korrupsiya hüquqpozmaları ilə bağlı keçirildiyi bildirilir.

Qeyd edək ki, Naxçıvan Gömrük Komitəsinin sədri Səhət Həbibbəylidir. O, AMEA-nın prezidenti İsa Həbibbəylinin oğludur. Komitənin sədr müavini Səbuhi Novruzov isə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun yeznəsidir.

Xatırladaq ki, bir müddət öncə Naxçıvan DTX ləğv edilərək Respublika DTX-yə birləşdirilib. Bundan başqa Naxçıvan DGK və DİN-in də eyni qaydada ləğv edilərək mərkəzi qaydada idarə olunacağına dair iddialar var.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir