“Bakıdan 5 nəfər gəlib… Naxçıvanda heç kimə etibar etmirlər…” – MR gömrüyündə HƏBSLƏR…
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvan MR Gömrük Komitəsində əməliyyat keçirir. Əməliyyat nəticəsində on nəfərə yaxın şəxsin saxlandığı bildirilir. İddialara görə, saxlanılanların arasında Naxçıvan Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli və onun müavinin Səbuhi Novruzov da var.
Səbuhi Novruzov Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun yeznısi, Səhət Həbibbəyli isə AMEA-nın sədri, akademik İsa Həbibbəylinin oğludur.
Zirveyolu.info bildirir ki, Naxçıvan Gömrük Komitəsindəki mənbənin “Gündəlik Naxçıvan”a bildirdiyinə görə, yoxlamalar iki gün əvvəlindən başlanıb:
“Yoxlamalar davam edir. Dünəndən işçilərini hamısını yığıblar Gömrük komitəsinə, onların bəziləri ilə əlaqə saxlamaq mümkün deyil. Nə baş verdiyini, kimin həbs olduğunu da açıqlamırlar. Yaxın admlardan alığım məlumata görə, artıq 10-a qədər adam həbs olunub.
Onların arasında komitə sədrinin və müavinin olduğu da deyilir. Əməliyyata Bakıdan gələn yüksək vəzifəli 5 nəfər DTX işçisi aparır. Onlar heç kimə etibar etmirlər. Muxtar respublikada yüksək vəzifəlilər, məmurlar arasında böyük qorxu yaranıb. Heç kim danışmaq istəmir. Onlar zəng edərkən də ehtiyatla danışırlar”.
Məlumatı Naxçıvandakı digər mənbələrimiz də təsdiqləyib.
Bir müddət öncə Naxçıvan MR DTX-sı ləğv olunmuş, onun yerinə idarə yaradılmışdı. Yerli DTX-nın ləğv olunması yoxlamalara hazırlıq kimi dəyərləndirilirdi.
Son yoxlamalarla bağlı daha geniş məlumat verəcəyik.