Cəmiyyət Manşet

Belə korrupsiya olmur – “Naxçıvan Gömrük Komitəsinin şöbə rəisinin gündəlik qazancı 361 643 manat olub”

“Büdcəyə gündə 86 041 manat daxil olduğu halda yalnız 1 gömrük məmurunun gündəlik oğurluğu 361 643 manat olub. Belə korrupsiya olmur, bu xüsusilə külli miqdarda oğruluq da deyil, bu talançılıqdır, dövlətin məhvidir”.

Bu sözləri tanınmış iqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlu feysbuk hesabında yazıb.

“Naxçıvanın 2021-ci il üçün büdcənin icrasına dair açıqlanan rəqəmlərdən məlum olur ki, həmin il ərzində muxtar respublikanın büdcəsinin gəlirlərinin 21.6 faizini və ya 31 milyon 405 milyon manatını gömrük ödənişləri təşkil edib. DTX isə Naxçıvanda Gömrük Komitəsinin şöbə rəisinin 132 milyon manat, yəni rəsmi olaraq Naxçıvan büdcəsində gömrükdən 1 il ərzində daxilolmalardan 4.2 dəfə çox vəsaitin mənimsədiyini iddia edir. Belə çıxır ki, gömrükdən Naxçıvan büdcəsinə gündə 86 041 manat daxil olduğu halda, yalnız Naxçıvan Gömrük Komitəsinin şöbə rəisinin gündəlik qazancı 361 643 manat olub. Naxçıvanda 1 gömrük məmurunun oğruluğu il ərzində muxtar respublikanın büdcəsinə daxil olan məbləğdən 100 milyon manat çox olub. Buna nə ad vermək olar? Belə korrupsiya olmur, bu xüsusilə külli miqdarda oğruluqda deyil, bu talançılıqdır, hansı ki, indi də davam edir”, – deyə o qeyd edib.

Aztoday.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir