Fövqəladə Hallar Nazirliyi bu gün Nərimanov rayonunda baş verən yanğınla bağlı məlumat yayıb.
Anews.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 1200 m² olan birmərtəbəli boya emalı sexinin yanar konstruksiyaları 200 m² sahədə və 4 ədəd dəzgah yanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.