Cəmiyyət Manşet

Biləsuvarda vətəndaşın DƏFN PULUNU bank kredit borcuna sildi – BU NƏDİ BELƏ?

“Dövlət Sosial Müdafiə Fondu bankla əlbir olub anamın dəfn pulunu kredit borcuna yönəldib”. Belə bir iddia ilə Biləsuvar rayon sakini mərhum Elmira Abbasovanın oğlu Faiq Əsgərov çıxış edib.

Zirveyolu.info-ın məlumatına görə, Bizim.Media-nın cənub bürosuna danışan Faiq bildirib ki, anası Elmira Abbasova oktyabrın 24-də vəfat edib. O, noyabrın birində DSMF-nun Biləsuvar rayon şöbəsinə anasının ölümü haqqında şahadətnamə təqdim edib.

Faiqin bildirdiyinə görə yerli şöbədən ona deyiblər ki, 720 manat məbləğində olan dəfn pulu sizə poçt vasitəsi ilə ödəniləcək:

“Pulu gecikdirdikləri üçün “142 Qaynar xətti”nə zəng etdim. Mənə bildiriblər ki, adıma cəmi 166 manat pul ayrılıb. Araşdırma zamanı məlum olub ki, 554 manat pul pensiya şəkilində anamın vəfatından 20 gün sonra, yəni noyabrın 14-də pensiya kartına köçürülüb. Bu ödəniş də bank tərəfindən mərhumun kredit borcuna tutulub”.

İndi Faiq Əsgərov da iddia edir ki, dəfn mərasimini maliyyələşdirmək üçün ayrılan vəsait vərəsə kimi mənim adıma poçt şöbəsi vasitəsi ilə ödənilməli idi:

“Necə ola bilər ki, mənim adıma köçməli olan pul mənim razılığım olmadan bankın borcuna yönəldilsin?”

Məsələ ilə bağlı Bilasuvar rayonu DSMF-na müraciət etdik. İdarədən bildirildi ki, tərəfimizdən vətəndaşların hesabına köçürülən vəsaitlərdə Fond tərəfindən hər hansı tutulmalar aparılmır:

“Mərhum Elmira Abbasovanın əmək pensiyasından DSMF tərəfindən heç bir tutulma aparılmayıb. Onun 2022-ci ilin noyabr ayı üzrə əmək pensiyası tam məbləğdə köçürülüb. Eyni zamanda, Elmira Abbasovanın vəfatı ilə bağlı dəfn xərci olaraq ayrılmış vəsait də onun vərəsəsi olan oğlunun hesabına tam məbləğdə köçürülüb. Hesabına köçürülmüş vəsaitdən tutulma ilə bağlı vətəndaş müvafiq banka müraciət etməsi tövsiyə olunur”.

Əslində proses necə olmalıdır? Bunun hüquqi izahı nədir? Bu barədə və məsələnin həlli istiqamətləri haqqında növbəti yazımızda danışacağıq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir