Cəmiyyət

Xanımından Arif Quliyevlə bağlı MÜRACİƏT: – “Xahiş edirik…”

 

“Çox istəyirik ki, Arifin adı əbədiləşdirilsin. Bununla bağlı bilmirik hara, kimə müraciət edək…”

Bunu mərhum Xalq artisti, tanınmış aktyor Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyeva Yenicag.az-a açıqlamasında deyib.

O, həyat yoldaşının yaşadığı binanın söküldüyünü və buna görə Arif Quliyevin yaşadığı binaya onun adının verilməsinin mümkünsüz olduğunu bildirib:

“Ailəlikcə arzumuz bu idi ki, Arifin barelyefi uzun illər yaşadığı binaya vurulsun və adı əbədiləşdirilsin. Bununla bağlı əlaqədar qurumlara da müraciət etmişdik. Amma bizim yaşadığımız bina sökülür. Bizə də cavab verildi ki, bina söküldüyü üçün bu, mümkünsüzdür. Buna görə də istəyirik heç olmasa, Arifin adı hansısa bir küçəyə verilsin. Fərq etməz hansı küçə, təki adı əbədiləşdirilsin. Amma bilmirik bunun üçün hansı quruma müraciət edək. Arif Quliyevlə bağlı başqa bir istəyimiz yoxdur, çünki dövlətimiz sağ olsun, hər şey edib. Bir tək istəyimiz onun adının əbədiləşdirilməsidir”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir