Cəmiyyət Manşet

Bakı Baş Gömrük İdarəsində KÖHNƏ ƏHVAL – NƏSƏ DƏYİŞİB Kİ?..

Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsində idxal edilən malların rəsmiləşdirilməsi zamanı malların mülki dövriyyəsinə yol verilməyən əşyaların siyahısına aid olub-olmadığı yoxlanılır. Məsələn, noyabr ayında idxal edilmiş balıqçı torlarının diametri 0,5 mm-dən az olan sintetik təkqat saplardan toxunmuş və dəliklərin konstruktiv ölçüləri 120 mm-dən kiçik ilgəkli balıqçılıq toru olduğu müəyyənləşib. Bu məqsədlə müvafiq ekspert tədqiqatlarının aparılması üçün DGK-nın Mərkəzi Gömrük Ekspertizası İdarəsinə müraciət edilib. İdarənin apardığı tədqiqatların nəticələri gömrükçülərin şübhələrini təsdiqləyib. Aşkar edilən balıqçılıq toru mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısına daxildir.
Amma mülki dövrüyyəsinə yol verilən idxal mallarının rəsmiləşdirilməsi zamanı gömrük qiymətinin özbaşına artırılması başa düşülən deyil. Çünki bu halda süni artırılan qiyməti rüşvət amili ilə də əlaqələndirmək olmur. “Mediatv.az” saytı redaksiyasına müraciət edən bir qrup sahibkar məlumat vermişlər ki, onların Çindən idxal etdikləri sintetik dekor güllərə görə gömrük haqqı bir kiloqrama görə 3,5 ABŞ dollarından 5,0 dollara qədər qaldırılıb. Təbii ki, sənədlərdə milli valyuta ifadəsi ilə.
Sahibkarlar bildirirlər ki, gətirdikləri bu mala görə gömrük haqqı pandemiya səbəbilə onsuz da qaldırılmışdı. Amma Bakı Baş Gömrük İdarəsində rastlaşdıqları axırıncı tələb onları hədsiz məyus edib. Çünki bu qanunsuz tələbi ödəyəcəkləri təqdirdə, onu istədikləri qiymətə sata bilməyəcəklərinin fərqindədirlər. Onlar hətta narazılıqlarını, etirazlarını daha uca səslə bildirmək üçün Dövlət Gömrük Komitəsinə də gediblər. Nə qədər qəribə olsa da, onlarla təmasa çıxan Bakı Baş Gömrük İdarəsinin Elmir adlı əməkdaşı deyib ki, “qiymət qalxıb, yox əgər 5 dollara razı deyilsinizsə, sizin üçün güzəşt edib 4,5 dollara rəsmiləşdirə bilərik”. Bu təklif əlbəttə ki, tacirləri təəccübləndirib: Elə bil, bazardır, alver edirlər!Şikayətçilər bildirir ki,axı son zamanlarda gömrük haqqında,eləcə də gömrük rüsumları haqqında qanunda dəyişiklik edilməyib.Bizdən alınan bu pullar hara köçrülür?Gömrük rüsumları haqqında da Elmir müəllimdən rəsmi məlumat tələb etsək bizə dəqiq məlumat vermədi.
Mediatv.az bildirir ki, bu il avqust ayında DGK Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Pərviz Kəngərli vəzifəsindən azad edilərək təqaüdə göndərilib. Onun yerinə hələ ki təyinat yoxdur. İdarənin rəisi vəzifəsinin müvəqqəti icrası bir neçə gün əvvəl DGK sədrinin birinci müavini İsmayıl Hüseynova tapşırılıb. Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bununla bağlı əmr imzalayıb. Amma heç cür inanılası deyil ki, DGK sədrinin birinci müavini BBGİ-nin rəisi vəzifəsini müvəqqəti öz üzərinə götürən kimi dərhal elə qanunsuz göstərişlər versin. Bu, İsmayıl Hüseynovun nüfuzuna kölgə salmağa hesablanmış təxribat da ola bilər.
Mövzuya qayıdacağıq. //“Mediatv.az”//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir