Cəmiyyət Manşet

Şəkinin icra başçısı KİM OLACAQ? – İDDİA

Az əvvəl məlumat verərək bildirmişdik ki, Gəncənin icra başçısı Niyazi Bayramov vəzifəsindən azad ediləcək və onun yerinə hazırda Şəkiyə rəhbərlik edən Elxan Usubov gətiriləcək.

Qeyd edək ki, bu barədə məlumatı yayan Gundelik-baku.com portalı daha bir iddia ilə də çıxış edib.

Gundelik-baku.com-un yazdığı məlumata görə, hal-hazırda Yevlax şəhərinin icra başçısı olan Anar Tağıyev Şəki şəhərinə başçı göndərilir.

Tağıyev Anar Aqil oğlu 25 mart 1981-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Bakı şəhəri 1 saylı orta məktəbini, 2001-ci ildə Bakı Dövlət Universitetini, 2005-ci ildə isə Moskva Dövlət Vilayət Universitetini bitirib.

Təhsil aldığı müddətdə 1999-cu ildən 2002-ci ilədək “Eurostyle” şirkətində ümumi işlər üzrə hüquqşünas, 2006-cı ildə H.Əliyev adına Bakı Dərin Özüllər zavodunun Birgə layihələr şöbəsində mühəndis vəzifəsində çalışıb.

2006-2008-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunda məsləhətçi vəzifəsində işləyib. 2008-2010-cu illərdə Nəsimi rayon İcra Hakimiyyətinin “İctimai təşkilatlar və siyasi partiyalarla iş” şöbəsinin, 2010-2011-ci ilədək isə “Ərazi idarəetmə və yerli özünü idraəetmə oraqanları ilə iş” şöbəsinin müdiri vəzifələrinə təyin olunub. 2011-ci ildən bu günə qədər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışıb. 31.10.2019-cu ildə Prezident İlham Əliyev Tağıyev Anar Aqil oğlunun Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Ailəlidir, 2 övladı var.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir