Naxçıvan Muxtar Respublikası Ali Məclsinin sədri Vasif Talıbovun yüksək vəzifədə olan qohumları ilə bağlı məlumat yayılıb.
Bununla bağlı tanınmış jurnalist Həbib Müntəzir paylaşım edib.
Paylaşımı olduğu kimi təqdim edirik:
“Vasif Talıbova niyə “Naxçıvan xanı” deyirlər? Oxuyun, xanlığın şəcərəsi:
– Naxçıvanın baş prokurorunun birinci müavini, Korrupsiyaya qarşı Baş İdarənin rəisi – Məhərrəm Talıbov – Vasifin qardaşı
– Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi – Rza Vasif oğlu Talıbov – Vasifin böyük oğlu
– Naxçıvan Ali Məclisin deputatı, Naxçıvan Dövlәt Universitetinin prorektoru – Seymur Vasif oğlu Talıbov – Vasifin kiçik oğlu
– “Naxçıvanbank”ın Müşahidə Şurasının üzvü – Baharxanım Vasif qızı Talıbova – Vasifin qızı
– Daxili işlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəhbər vəzifəli şəxsi, polis mayoru Salmanov İbrahim Ədalət oğlu – Vasifin kürəkəni
– Naxçıvan Təcili Tibbi Yardım Mərkəzinin baş həkimi, Tərəqqi medallı – Ədalət İbrahim oğlu Salmanov – Vasifin qudası
– Naxçıvanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olmuş, general-mayor Səxavət Salmanov – Qudasının qardaşı
– Naxçıvanın Daxili İşlər Naziri olmuş – general-leytenant Fazil Nəriman oğlu Ələkbərov – Vasifin qudası olub
– Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi (Neftbaza), 33 saylı – Naxçıvan şəhər Seçki Dairəsinin deputatı Əzimov Behruz Nurəddin oğlu – Vasifin digər qudası
– Naxçıvan Şəhər Gömrük İdarəsinin rəis müavini – Fəxrəddin Aslanov – Vasif Talıbovun bacısının əri
– Naxçıvan Gömrük Komitəsinin sədr müavini – Səbuhi Məhərrəm oğlu Novruzov – Vasifin bacısının əri, yəni yeznəsi
– DSMF-in Abşeron rayon şöbəsinin müdiri – Məhərrəm Novruzov – Yeznəsinin qardaşı
– Naxçıvanın Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin (ZAQS) rəhbəri – Sənufər Soltanova – Vasifin qaynanası”.Yenisabah.az