Neftçalada balıqçı suda boğulub.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Kürkəndi kəndi ərazisində qeydə alınıb. Neftçala sakini, 1996-cı il təvəllüdlü Hüseynov Murad Mübariz oğlu süni göldən axıdılan su kanalında balıq tutan zaman suda batıb.
Yaxınlıqda kimsə olmadığından o, kanalda boğularaq ölüb. Meyit müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertizaya göndərilib.
Faktla bağlı araşdırma aparılır.