Dünya

Xameneinin nümayəndəsini öldürən kişi edam edildi – meydanda

“Hökm ən qısa zaman ərzində həyata keçirildi”

İranın Fars əyalətində din adamı Hüccetülislam Muhammed Hursendi bıçaqlayaraq öldürən Hamid Rıza Dırahşende adlı kişi bu gün səhər saatlarında meydanda edam edilib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, din adamı mayın 29-da Kazerun bölgəsinin cümə İmamı Hursend Qədr gecəsi üçün hazırlanan proqramdan qayıdarkən evinin qarşısında bıçaqlanaraq öldürülüb.

Fars əyaləti məhkəməsinin sədri Kazım Musəvi edamla bağlı açıqlama verib:

“Hökm ən qısa zaman ərzində həyata keçirildi”.

İranda cümə imamları ölkənin lideri Ayətullah Əli Xameneinin bölgədəki nümayəndələridir.

Son vaxtlar İranda cinayət, narkotika, terror və təcavüz günahkarları haqqında verilən edam cəzaları qapalı məkanlarda infaz edilir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir