Rusiya prezidenti Vladimir Putinin işindən 67% rusiyalı razılıq edib.
Bu barədə Levada Mərkəzinin keçirdiyi sorğunun nəticəsindən aydın olub.
İyun və iyul aylarında Putinin işindən 66% vətəndaş, aprel və may aylarında isə 64% ölkə vətəndaşı razılıq edib.
Rusiya sakinlərinin 49%-i ölkənin düzgün inkişaf yolu ilə getdiyini, 42%-nin isə səhv yolla getdiyini düşünür.
Levada Mərkəzi tərəfindən keçirilən sorğu 2019-cu il avqustun 22-dən 29-na qədər keçirilib. Sorğuda yaşı 18-dən yuxarı olan və 137 yaşayış məntəqəsindən olan 1608 sakin cavablandırıb. (Modern.az )