Ölkənin dərman monopolistlərindən biri, 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən deputat seçilən Kəmaləddin Qafarovun biznesinin əlindən alınması ilə bağlı iddialar var.
Xəbəri “Qlobal.az” yayıb.
Bildirilir ki, Milli Məclisdəki fəaliyyəti ilə yanaşı həm də Milli Onkologiya Mərkəzinin direktor müavini olan Qafarov dərman bazarında yaratdığı qiymət xaosu ciddi narazılıqlar yaradıb.
Onun və digər dərman bazarında söz sahibi olan deputatların bu sahədən uzaqlaşdırılması gündəmə gəlib.
Son günlər Azərbaycan apteklərində satılan dərmanların keyfiyyətinin aşağı və qiymətlərinin baha olması ilə bağlı mətbuatda və televiziyalarda məlumatlar yer alır. Ümumilikdə ekspertlər bu sahədə xaotik bir vəziyyətin olduğunu hökm sürdüyünü deyirlər.
Hökumətə yaxın “haqqın.az” saytı isə dərman inhisarçılarından olan deputat Cavanşir Feyziyevlə bağlı da ciddi bir məlumat yayıb.
Bildirilir ki, Cavanşir Feyziyev və başqaları “Danske Bank” vasitəsilə xaricə milyardlar köçürüblər. Danimarkanın kommersiya bankı “Danske Bank” Azərbaycan və Rusiya da daxil olmaqla bir sıra keçmiş Sovet respublikalarından 200 milyard avrodan çox “çirkli pul” köçürmələrinin təşkilinə görə 2,2 milyard ABŞ dolları məbləğində cərimə ödəməyə razılaşıb.
Görünür, Kəmaləddin Qafarovun adı da gündəmə təsadüfən gəlməyib.
Məsələ ilə bağlı Kəmaləddin Qafarovdan mövqe öyrənmək mümkün olmayıb, deputat zənglərə cavab verməyib.
Qlobal.az