Dünya Manşet

BMT-nin baş katibi sosial şəbəkələr üçün məsuliyyət standartlarının tətbiqinə çağırıb

 

BMT-nin baş katibi Antonio Quterreş sosial şəbəkələrin məsuliyyətli fəaliyyəti üçün aydın qaydaların müəyyən edilməsini zəruri hesab edir.

APA-nın məlumatına görə, bunu Quterreş bazar ertəsi keçirdiyi mətbuat konfransında deyib.

“Məsələ ondadır ki, sosial media platformaları üçün məsuliyyət baxımından müəyyən edilməli olan dəqiq qaydalar var. Xəbər agentliklərində, qəzetlərdə, televiziyalarda dərc etdiklərinə görə məsuliyyət daşıyırsan. Sosial şəbəkələr yazdıqlarına görə hüquqi məsuliyyət daşımır”.

“Biz məsuliyyəti aydınlaşdıracaq bir növ tənzimləmə yaratmalıyıq” – deyə BMT-nin baş katibi bildirib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir