“Mən Naxçıvan FHN-nin Sədərək rayon şöbəsində sürücü işləyirəm. Naxçıvan Dövlət Sığorta Agentliyi məni zorla can və əmlak baxımından sığortalamaq istəyir. Mən isə sığortalanmaq istəmirəm. Çünki bir neçə il əvvəl sığortalamanmışdım. Amma evimi ildırım vurdu və əmlakın yandı. Sığorta Agentliyi mənə dəymiş ziyanı ödəməkdən imtina etdi. Elədirsə, niyə sığortalanmalıyam?” DİA.AZ bildirir ki, bunu Sədərək rayonundan Arzuman Sadıqov adlı vətəndaş yazır.
Narazı vətəndaş daha sonra bildirir: “Sığortalanmaqdan imtina etdiyimə görə agentlik məni işimlə hədələyir. Deyir ki, dövlət idarəsində işlədiyim üçün mütləq həm əmlakımı, həm də canımı sığortalamalıyam.
Əks halda məni işdən çıxaracaqları ilə hədələyirlər”.
Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq…