Cəmiyyət Manşet

AZAL Naxçıvana uçuşlar üçün Ermənistana 112 min avro ödəyib

AZAL 2022-ci ildə Naxçıvana uçuşlar üçün Ermənistana 112 min avro ödəyib.

Zirveyolu.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Mülki Aviasiya Komitəsi məlumat yayıb.Bildirilib ki, Azərbaycanın milli aviadaşıyıcısı bu məbləği yanvarın 1-dən noyabrın 30-dək Ermənistanın hava məkanından keçən uçuşlar üçün ödəyib.

Mülki Aviasiya Komitəsi tərəfindən Laçın-Xankəndi yolundakı vəziyyətlə əlaqədar olaraq Azərbaycan təyyarələri üçün öz hava məkanını bağlamağı planlaşdırıb-planlaşdırmadığına da münasibət bildirilib. Qeyd olunub ki, bütün beynəlxalq uçuşlar əvvəlcədən nəzərdə tutulmuş plan əsasında həyata keçirilir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir