Dünya Manşet

Putin 2023-cü ilin əvvəlində Federal Məclisdə çıxış edəcək

 

Rusiya prezidenti Vladimir Putin bu gün 2023-cü ilin əvvəlində Federal Məclisə illik müraciətlə çıxış etmək niyyətində olduğunu bildirib.

Prezident bununla bağlı dəqiq vaxt açıqlamayıb.

“Biz bunu mütləq edəcəyik . Yeni ildə bunu edəcəyik”, – deyən Putin bu gün hər hansı konkret tarix qeyd etmək istəmədiyini deyib.

O, həmçinin bildirib ki, onun mümkün mesajının əsas məqamları artıq bir neçə çıxışında yer alıb.

Putin 2022-ci ildə illik müraciətin olmamasını “konkret müddəaları vurğulamağa imkan verməyən hadisələrin yüksək dinamikası” ilə izah edib.

Rusiyanın müxalifət dairələrində Putinin parlamentin iki palatası Federasiya Şurası və Dövlət Dumasının birgə iclasında qanunvericilər qarşısında çıxış etməkdən imtina edərək mövcud qanunu pozduğu qeyd edilib.

Kremlin hüquqşünasları cavab verdilər ki, ölkənin vəziyyəti, daxili və xarici siyasəti ilə bağlı illik mesaj prezidentin öhdəliyi deyil, səlahiyyətidir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir