Cəmiyyət Manşet

Beyləqan İcra Hakimiyyətinin şəhid anasına `CANIYANANLIĞI`… – Qəhrəmanın adını “çayxana”ya vermək istəyir…

Şəhid anasının sözlərinə görə, hətta Telman Məstanov ona sonuncu dəfə 15 gün vaxt verib:

“Mənə dedilər 15 gün vaxtın var. 15 gün sonra imtina yazmasam məni öldürəcəklər? Bir oğlum şəhid oldu, o biri oğlumun da böyrək çatışmazlığı var. Özüm də hərbi hissələrin birinin çamaşırxanasında ütücü işləyirəm. Orada da rahat qoymurlar. Hər gün ora da gəlirlər ki, imtina yazım. Mənə imkan vermirlər ki, torpağın altındakı şəhidimin, gözümün qabağındakı xəstəmin dərdini çəkim.

Dövlət hər cür yardım edib. Heç bir istəyim olmayıb. Hətta qanpulu veriləndə də, oğlumun 1 illik maaşı veriləcək deyəndə də dedim ki, oğlum ölüb, onun pulunu yeyəcəm?! Hələ də oğlumun 1 illik maaşını almamışam. Heç nədə gözüm yoxdur, ancaq ad məsələsində öləcəm, geri dönməyəcəm”.

İcra Hakimiyyətinin məktəbin adını bir şəhiddən alıb başqasına verməsində hansı marağı var, bunu anlamaq çətindir.

Məsələ ilə bağlı Beyləqan rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Telman Məstanovla danışmağımız mümkün olmadı. Səbəb, yerində yox imiş.

İcra Hakimiyyətindən aldığımız məlumata görə, Vəliyev Elnurun sənədləri Nazirlər Kabinetindədir, rəsmi təsdiqlənməyib.

Belə nəticəyə gəlmək olur ki, rəsmi təsdiq olunmadığı üçün İcra Hakimiyyətindən şəhid anasına təzyiq edilir ki, imtina yazsın və beləcə də Nazirlər Kabineti Qaralar kənd orta məktəbinə Vəliyev Elnurun yox, digər şəhidin adını versin.

Ancaq burada anlaşılmayan məsələ yenə də İcra Hakimiyyətinin hakimiyyətinin bu işdəki canfəşanlığıdır.

Mövzunu diqqətimizdə saxlayacağıq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir