Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında İctimai Şuranın sədri Nazim Səfərov ticarət obyekti inşa etdirir.
Bu barədə Dövlət şəhərsalma və Arxitektura Komitəsinin saytında məlumat yerləşdirilib.
İctimai şura sədrinin inşa etdirdiyi ticarət mərkəzi Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşir.
İki mərtəbə olacaq obyektin ümumi sahəsi 286 kv metrdir.
Nazim Səfərov AQTA-nın İctimai Şurasının sədri olmaqla yanaşı, həm də “Azərbaycan Heyvandarlıq Assosiasiyası” (AHA) İctimai Birliyinin İdarə Heyətinin sədridir. //AzFakt.com//