Manşet Səhiyyə

“İranla münasibətlərin inkişafı ilə bağlı səylər davam etdirilib”

“Bu il Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında ölkəmiz müstəqil, praqmatik siyasətini uğurla davam etdirib”.

“Zirvə yolu” xəbər verir ki, bunu Xarici İşlər Nazirliyində ilin yekunların dair keçirilən mətbuat konfransında nazir Ceyhun Bayramov bildirib.

C.Bayramov qeyd edib ki, bu il 60-dan çox ölkə ilə ikitərəfli münasibətlərin qurulmasının 30 illik yubiley ili idi: “Bütün bu ölkələrlə diplomatik əlaqələrin qurulması ilə bağlı qarşılıqlı şəkildə tədbirlər həyata keçirilib. Azərbaycan ilk növbədə qonşu, həmsərhəd ölkələrlə əlaqələrin inkişafına önəm verir: “2021-ci ildə imzalanmış Şuşa bəyannaməsi bu il Azərbaycan və Türkiyə parlamentləri tərəfindən ratifikasiya edildi. Bu il ərzində Prezident İlham Əliyevin Türkiyəyə üç səfəri baş tutub. İl ərzində Azərbaycan-Rusiya əməkdaşlığı uğurla davam edib. Müttəfiqlik qarşılıqlı fəaliyyət Bəyannaməsi imzalanıb. Həmçinin İlham Əliyevin Rusiyaya bir rəsmi, bir  neçə güzar səfər baş tutub. Ötən ay Rusiya nümayəndə heyəti Azərbaycana səfər edib. Gürcüstanla münasibətlərimiz sabit şəkildə inkişaf edib. Qarşılıqlı olaraq səfərlər həyata keçirilib. İranla münasibətlərimizin inkişafı ilə bağlı səylər davam etdirilib. 2022ci il ölkəmizin Mərkəzi Asiya ölkələri ilə münasibətlərində xüsusilə dinamika müşahidə olunub”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir