Dünya Manşet

Dekabrda Çin əhalisinin 17 faizi koronavirusa yoluxub

Dekabrın 1-dən 20-dək Çində koronavirusa 248 milyondan çox (ölkə əhalisinin təxminən 17 faizi) yoluxma halı qeydə alınıb. Bu məlumat guya Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsinin iclasında təqdim edilən və sonradan qeyri-rəsmi olaraq internetə yerləşdirilən sənəddə yer alıb.

“Zirvə yolu” “South China Morning Post” qəzetinə istinadla xəbər verir ki, sənədə əsasən dekabrın 20-də ölkədə gündəlik yoluxma halları təxminən 37 milyon nəfər təşkil edib. Bu ay Pekinin və ölkənin mərkəzində yerləşən Sıçuan əyalətinin əhalisinin yarısı, həmçinin Hubey, Henan, Hunan, Anhoy və Qansu əyalətlərinin sakinlərinin 20-50 faizi COVID-19 infeksiyasına yoluxub.

Nəşr qeyd edir ki, bu göstəricilər komitə iclasının rəsmi hesabatında öz əksini tapmır və internetdə yerləşdirilən sənədlərin doğruluğunu yoxlamaq mümkün deyil.

Noyabrın əvvəlindən başlayaraq Çində koronavirusa yoluxma hallarının sayında artım müşahidə edilir. Yoluxanların böyük əksəriyyəti xəstəliyi simptomsuz keçirir. Noyabrın sonlarında COVID-19 infeksiyasına qarşı mübarizəni optimallaşdırmağa çağıran nümayişlərdən sonra ölkənin hakimiyyət orqanları bir çox məhdudiyyətləri yumşaltmağa məcbur olub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir