Naxçıvan sakinləri ” ASAN xidmət”dən hansı sənədləri və necə əldə edəcəklər? sualına cavabı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev “Zirvə yolu” media mərkəzinə açıqlamasında belə bildirib;
Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan vətəndaşların nəzərinə!
Yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan vətəndaşlara “ASAN xidmət” mərkəzlərində şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi üzrə xidmətlər göstərilir.
Müvafiq xidmətlər barədə daha ətraflı:
• Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin bitməsi ilə əlaqədar dəyişdirilməsi;
• Şəxsiyyət vəsiqəsinin itirilməsi, korlanması və oğurlanması halı ilə əlaqədar dəyişdirilməsi;
• Şəxsiyyət vəsiqəsinin ad, soyad, ata adının dəyişdirilməsi ilə əlaqədar dəyişdirilməsi;
• Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısının (çipinin) korlanması ilə əlaqədar dəyişdirilməsi;
• Şəxsiyyət vəsiqəsinin qan qrupu, göz rəngi və boy ilə bağlı məlmatlarda dəyişiklik edilməsi ilə əlaqədar dəyişdirilməsi;
• Şəxsiyyət vəsiqəsinin yazılarında dəqiqsizlik müəyyən edilməsi ilə əlaqədar dəyişdirilməsi;
• Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsi.
Vətəndaşlarımızdan əlavə vaxt itkisinin və məsrəflərinin qarşısını almaları, mərkəzlərdə növbə gözləmədən xidmətlərdən yararlanmaları məqsədilə “ASAN növbə” mobil tətbiqindən istifadə etmələri xahiş olunur.
Eyni zamanda mərkəzlərə birbaşa müraciət zamanı Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi 79 ünvanında yerləşən 7 saylı Bakı “ASAN xidmət” mərkəzinə üstünlük vermələri tövsiyə edilir.