Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Sevilya” heyətinə yeni futbolçu cəlb edib.
Qol.az “Sky Sports”a istinadən xəbər verir ki, La Liqa təmsilçisi “Vest Hem”in hücumçusu Xavyer Hernandesin (Çiçarito) keçidini həll edib. Meksika millisinin üzvü artıq Sevilyadadır. Bu transfer üçün ispanların qarşı tərəfə 9 milyon avro ödəyəcəyi bildirilir.
Qeyd edək ki, 31 yaşlı forvard Avropada “Mançester Yunayted”, “Real” və “Bayer”də də oynayıb.
Xatırladaq ki, “Qarabağ”ın qrup mərhələsində ilk oyunu sentyabrın 19-da Bakıda “Sevilya”ya qarşı olacaq. Həmin matçda Çiçaritonun meydana çıxacağı istina edilmir.