Cəmiyyət Manşet

“Sədərək”-də yanğınla mübarizə davam etdirilir, FHN rəhbərinin müavini hadisə yerindədir – YENİLƏNİB-2

“Zirvə yolu” FHN-in Mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hazırda hadisə yerindədir.

Əlavə məlumat veriləcək.

19:39

“Sədərək” Ticarət Mərkəzində (TM) baş verən yanğınla əlaqədar polis və aidiyyəti dövlət qurumlarının əməkdaşları hadisə yerinə cəlb edilib.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

“Təhlükəsizlik tədbirləri görülür. Ziyanın miqyasını azaltmaq üçün tədbirlər görülür. Bu məqsədlə əraziyə əlavə canlı qüvvə çıxarılıb”, – DİN rəsmisi qeyd edib.

 

 

 

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir