Cəmiyyət

Neftçalada dairə sədri TORPAQ SATIR… – İTTİHAM VAR!

 

61 saylı Neftçala seçki dairəsinin sədri Zaur Kərimov haqda bu günlərdə məlumat dərc etmişdik. Dairə sədrinin oğlunun qalmaqalı yer alan həmin məlumatdan sonra redaksiyamıza Neftçala rayonunun bir qrup fermeri tərəfindən məktub daxil olub. Reportyor.info-ya müraciət edən fermerlər Z.Kərimovun dairə sədri olmasına baхmayaraq əsl torpaq bazarı açdığını bildirirlər. Müraciətdə bununla bağlı konkret faktlar yer alıb:”Həsənabad qəsəbə sakini İsayev Asif Əmiraslan oğlu ilə iş birliyinə girərək, rayonun müxtəlif ərazilərində ona torpaq sahələri verib gəlirin on faizinə şərik olub.
Ötən il Kürağzı dövlət fond torpağında, dənizin qorunma zolağında Ələkbərov Sərvər Sərdar oğluna hektarı 70 manatdan olmaqla 250 hektar torpaq satıb. Halbu ki, həmin ərazidə Zaur Kərimovla anlaşmadığı üçün İsbat Bayramov adlı fermer haqda inzibati tədbir görülmüşdü. Bu il isə, N saylı hərbi hissənin ərazisini şumlatıraraq əkin sahəsi kimi satmaq istəyir. Torpağın icarə müqaviləsi bitən fermerlərdən 1500 manat pul alaraq torpağın qanunsuz istifadəsinə şərait yaradır. Belə fermerlərdən biri rayonun Boyat kənd sakini Z. Kərimovla bu yaxınlarda eyni qiymətə anlaşıb. Lerik obasında Tofiq adlı şəxsin əli ilə fermerlərdən qanunsuz olaraq xərac yığır. Xol qəsəbəsində isə eyni işi Z. Kərimovun Vüsal adlı adamı görür. Birinci Mayak ərazisində Rəsul adlı şəxs Zaurla anlaşaraq 300 hektar ərazini əkir. Həmin ərazinin bələdiyyə sədri Nağıyev İmamnəzər Z. Kərimovun maxinasiya ortağıdır”.
Rayon fermerlərinin sözlərinə görə Zaur Kərimov torpaq bazarlıqlarını açıq aşkar DSK binasında aparır və bütün fəaliyyətini icra başçısı ilə razılaşdırdığını bildirir. Onu məntəqələr formalaşarkən topladığı pullar və DSK üçün büdcədən ayrılan vəsaitlərlə bağlı əməliyyatlarını növbəti yazımızda dərc edəcəyik. //Reportyor.info//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir