Cəmiyyət Xəbər

Əri xəstə olan iki uşaq anası niyə sosial yardım ala bilmir? – Video + Açıqlama

Mingəçevir şəhər sakini Azayeva Xətayə Əliağa qızı ünvanlı sosial yardım ala bilmir.

O, bu barədə Yeniavaz.com-a müraciətində bildirib.

X.Azayevanın sözlərinə görə, dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə də, rədd cavabı alıb.

Ona deyilib ki, həyat yoldaşı da işlədiyi təqdirdə ünvanlı dövlət sosial yardım təyin oluna bilər. Ailədə iki məktəbli, 12-13 yaşlı qız uşaqları böyüyür.
2 uşaq anası Xətayə deyib ki, həyat yoldaşı xəstədir. Onlar əvvəllər sosial yardım alıblar. Həyat yoldaşı “DOST İş Mərkəzi” MMC tərəfindən işlə təmin olunub. Lakin həmin iş də iki ay çəkib. Ona görə onların sosial yardımı da dayandırılıb.

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun rəsmisi Rəşad Mehdili Yeniavaz.com-a açıqlama verib:

“Mingəçevir şəhər sakini Xətayə Azayevanın ünvanlı sosial yardımla bağlı 24.05.2020-ci il tarixli müraciətinə əsasən ailəyə 270,35 manat məbləğində yardım təyin edilərək ödənilib. Bundan sonra ailənin ünvanlı sosial yardımla bağlı müraciəti elektron sistemə daxil olmayıb. Ailənin ərizə-bəyannamədə qeyd etdiyi telefon nömrəsi ilə əlaqə yaradılıb. Telefon zənginə cavab verən Xətayə Azayevanın həyat yoldaşı Vasif Azayevə ailənin ünvanlı sosial yardım hüququnun yoxlanması üçün suallar verilib. Məlum olub ki, ailə ikisi uşaq olmaqla 4 nəfərdən ibarətdir. Vasif Azayev əmək qabiliyyətli olsa da, işsizdir. Bu səbəbdən ailənin sosial yardım hüququnun yaranmadığı, Vasif Azayevin işlə təmin olunduqdan sonra sosial yardım üçün elektron qaydada müraciət etməsi tövsiyə olunub”.Yeniavaz.com

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir