Cəmiyyət Xəbər

“Balta” ləqəbli İsgəndər SOCAR-ı necə “baltalayır”?

Zaman-zaman Prezident İlham Əliyev ölkədə korrupsiyanın kökündən kəsilməsi ilə bağlı ciddi tapşırıqlarını verir və ölkənin gələcək inkişafının korrupsiya ilə mübarizədən asılı olduğunu xüsusilə vurğulayır. Məmurlar sırasında Prezidentin belə bir tapşırıqlarını kimisi ciddi qəbul edir, kimisi isə qeyri-ciddi. Son illər bir çox yüksək vəzifə sahiblərinin korrupsiya əməllərinə görə həbs edilməsinə baxmayaraq hazırda Azərbaycanda belə məmurlar kifayət qədər var. Məsələn bunlardan biri, SOCAR-ın Sənaye Təhlükəsizlik İdarəsinin rəisi İsgəndər Şirəlinin olduğu barədə kifayyət qədər yuxarılarda məlumatlar mövcuddur. Onun korrupsiya əməlləri ilə bağlı ölçünün götürülüb-götürülməməsinə gəlincə isə İ.Şirəlinin toxunulmazlığına zəmanət verən şəxslər buna imkan vermirlər. Bunun müqabilində isə İsgəndər Şirəli onları yaxşıca “ŞİRƏLƏYİR”.

AzToday.az-a daxil olan məlumatlara görə, İsgəndər Şirəliyə SOCAR-da himayədarlıq edən şəxs qurumun İqtisadi Məsələlər Üzrə Vitse Prezidetni Süleyman Qasımovdur. Bu hər iki məmurun şərikli biznesi olduğuna görə, SOCAR-da baş verən korrupsiya əməliyyatlarında bir-birilərinə dəstək göstərirlər. Məsələn SOCAR-ın tabeçiliyində olan idarələrin yeməklə təmin edilməsi İsgəndər Şirəlinin qızı Nilufər Qarayevaya tapşırılıb. Burda ay ərzində milyonlarla vəsaitin mənimsənilməsi isə gün kimi aydındır. Bundan başqa İsgəndər Şirəli rəbərlik etdiyi Sənaye Təhlükəsizlik İdarəsinə özünün qohum-əqrabalarını toplamaqla özünə SOCAR-da əməlli başlı komanda formalaşdırıb. Hətta vəziyyət o həddə çatıb ki, İsgəndər Şirəli qurumun prezidenti Rövşən Nəcəfi belə saymır. Ölkə başçısı tərəfindən Rövnəq Abdullayevin yerinə təyinat almış Rövşən Nəcəf isə İsgəndər Şirəlinin səyləri nəticəsində SOCAR-da lağ obyektinə çevrilib. Bir sözlə uzun illərdi SOCAR-da müxtəlif vəzifələrdə çalışmış və “Balta” ləqəbi qazanmış İsgəndər Şirəli qurumu əməlli başlı “baltalayır”. Ümid edək ki, SOCAR nə qədər ki, kökündən “baltalanmayıb” İsgəndər Şirəlinin korrupsiya əməlləri ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinə və eləcə də Baş Prokurorluq maraqlı olacaq.

İsgəndər Şirəlinin Avropa dövlətlərindəki sərvəti və eləcə də korrupsiya yolu ilə əldə edilmiş milyonlarla vəsaiti ofşor zonalarda yerləşdirdiyi də yayılan məlumatlar sırasındadır…

AzToday.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir