Cəmiyyət

Taleh Qaraşovun sonu GÖRÜNÜR? – Rəhbərlik etdiyi beşinci rayonda BAŞ VERƏNLƏR

Ölkədə korrupsiya hallarına qarşı aparılan mübarizə tədbirləri çərçivəsində vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi ən çox rayon rəhbərlərini narahat edir və müəyyən ehtiyat tədbirləri görmələrinə səbəb olur. Baş Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Lənkəran şəhər İcra Hakimiyyətində əməliyyat keçirməsi son olaylarda adı heç də məqbul məsələlərdə hallanmayan icra başçısı Taleh Qaraşovu da hərəkətə gətirib.

Saytımıza daxil olan məlumata görə Baş Prokurorluğun keçirdiyi əməliyyatdan sonra icra hakimiyyətində əməlli-başlı çaxnaşma başlayıb.

Hərəkətlənmələrin səbəbi isə 2012-ci ildən iki oğlu ilə birgə Lənkəranı “talayan”, rayonun bütün tikinti, yenidənqurma və abadlıq işlərinə nəzarəti əlinə keçirən, yüksək məmurlar qarşısında “söz sahibi” olan Taleh Qaraşovun sonunun görünməsidir.

Adı daim qalmaqallarda çəkilən Taleh Qaraşovun vəzifəsi ilə vidalaşacağı, hətta ehtiyat tədbirləri çərçivəsində davranaraq, sakit şəkildə vəzifəsindən ayrılmaq istədiyi iddia olunur.

Çox güman ki, bir vaxtlar müavini olduğu Rasilə Əliyevanın məktəblini döyməsi, barəsində cinayət işi açılması olayından və Baş Prokuorluğun əməliyyat tədbirlərindən sonra icra başçısı “üzüsulu” getməyə qərarlıdır.

Qeyd edək ki, Lənkəran rayonu Taleh Qaraşovun rəhbərlik etdiyi beşinci rayondur. O, Kürdəmir, Cəlilabad rayonlarında da icra başçısı vəzifəsində çalışıb. Özü və övladları müntəzəm olaraq, medianın gündəmindədir.

Məlumatlara görə Taleh Qaraşovun oğlanlarından biri, “Hacı” ləqəbli Seymur Qaraşov yaratdığı şirkətlərin birinin vasitəsi ilə rayonda bütün tikinti, yenidənqurma və abadlıq işlərinə nəzarəti əlinə keçirib. Dövlət büdcəsindən ayrılmış pulların «yad əllərə» keçməsini istəməyən Taleh Qaraşovun da bir neçə şirkət yaratdığı deyilir.

Amma o şirkətlərin heç birinin özünün və ya ailə üzvlərinin adına olmadığı vurğulanır.

Hazırda Lənkəranda satışa çıxarılan bir qarış torpaq belə icra başçısının oğlunun icazəsi olmadan satıla bilməz. Iddialara görə Seymur Qaraşov icra başçısının müavinləri ilə birlikdə rayonun mərkəzindəki yeni bazarın dükanlarını da satmaqla məşğuldur. Əlavə olaraq Seymur Qaraşovun adı Lənkəran Gənclər Mərkəzi ilə də bağlıdır.

Bu mərkəz Seymur Qaraşovun rayonda sahib olduğu son obyekt olmayıb. Bu günlərdə Lənkəran icra başçısının oğlunun 5 milyon manatlıq “Dəniz” oteli istifadəyə verilib. Otelin tikintisinə Lənkəranın yerli məmurlarının xərc çəkdiyi bildirilir.

Taleh Qaraşovun büdcə vəsaitlərini talan etməsi və böyük sərvət sahibi olduğu da iddia edilir. Onun daha çox büdcə sərfiyyatını tikinti işləri zamanı smeta xərclərinin şişirdilməsilə ört- basdır etdiyi bildirilir.

İcra başçısı rayonun “abadlaşdırılmasını” da Şəhər İcra Hakimiyyətinin bu sahədə Yaşıllaşdırma, Abadlıq, Mənzil Kamunal Təsərrufatı kimi idarələri olmasına baxmayaraq rayonda fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, su-kanal və .s idarələrin rəhbərlərindən aldığı aylıq haqqların hesabına həyata keçirir.

Hətta həmin şəxsləri məcbur edir ki, şəhər abadlaşması üçün lazım olan təmir- tikinti materiallarını oğlu Seymur Qaraşovun Lənkəran- Astara magistralında açdığı tikinti matrealları Mağazasından alsınlar.

Onu da qeyd edək ki, Taleh Qaraşov icra başçısı kimi çalışdığı son 20 ildə vətəndaşlarla kobud rəftarı ilə yadda qalıb.

Maraqlısı isə odur ki, Kürdəmir, Cəlilabad, Nefçala, Astara və ən nəhayətdə Lənkəran şəhərinə rəhbərlik edən Taleh Qaraşova nədənsə bu illər ərzində “yaşıl işıq” yandırılıb. Dəfələrlə mediada tənqidlərə tuş gəlsə də, barəsindəki ittihamlardan sıyrılmağı bacarıb.

Digər məlumatlara görə Taleh Qaraşovun Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovla yaxın münasibəti var. Məhz bu isti münasibətlərə görə bir müddət öncə Taleh Qaraşovun oğlu Seymur Qaraşova yüksək vəzifə verilib.

Nazirin müvafiq əmri ilə o, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini təyin olunub.

Xatırladaq ki, mütəmadi olaraq mətbuatda Taleh Qaraşovun keçmiş müavini Rasilə Əliyeva ilə birgə rayonu necə taladıqları, nə qədər sərvət topladıqları barədə müxtəlif səpkili araşdırmalar dərc olunub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir