Dünya

Rusiyanın Misirdəki səfiri vəfat etdi

Rusiyanın Misirdəki səfiri Sergey Kirpiçenko Qahirədə 68 yaşında vəfat edib.

Bu barədə “RİA Novosti” Xarici İşlər Nazirliyinin informasiya və çap departamentinə istinadən yazır.

“Bu gün səhər Qahirə xəstəxanasında istedadlı diplomat və etibarlı yoldaş, Rusiyanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Sergey Vadimoviç Kirpiçenko vəfat edib”, – deyə  departamentdən bildirilib.

XİN yaxın zamanda nekroloqun dərc olunacağını qeyd edib.

2011-ci ilin sentyabrında S.Kirpiçenko Rusiyanın Misirdəki səfiri vəzifəsinə təyin olunub, həmçinin, Ərəb Dövlətləri Liqasının səlahiyyətli nümayəndəsi seçilib. Bundan öncə o, BƏƏ, Liviya və Suriyada səfir vəzifəsini icra edib.

“Dostluq” və “Şərəf” ordenləri ilə təltif olunub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir