Prezident İlham Əliyev Muxtar Məmmədovla bağlı Sərəncam imzalayıb.
“Zirvə yolu” xəbər verir ki, Sərəncamla Muxtar Məmməd oğlu Məmmədov Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Qeyd edək ki, M. Məmmədov Azərbaycanın İsraildəki ilk səfiridir. Belə ki, ötən ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin İsraildə (Təl-Əviv şəhərində) səfirliyin təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb.