Cəmiyyət

Aqrar Xidmətlər Agentliyindən prezidentə ŞİKAYƏT – “Əlimizdə ciddi faktlar var”

Tovuz rayonu, Vahidli kənd sakini,Şəhid və Qarabağ veteranı anası Həsənova Ceyran Məhəmməd qızı KTN-in Aqrar Xidmətlər Agentliyi və bu qrumun sədr müavini Cəfər Məhərrəmov barəsində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənabına müraciət edib.

Zirveyolu.info bildirir ki, bir nüxsəsi də Faktinfo.az saytına göndərilən müraciətdə deyilir:

Hörmətli cənab prezident!

Ümummilli lider Heydər Əliyev deyirdi ki,cinayətkarın cəzasız qalması dövlətçilik üçün böyük təhlükədir.Mən isə məsuliyyəti üzərimə götürərək deyirəm ki,Kənd Təsərrüfatı nazirliyində baş verən rüşvətxorluq və korrupsiya əməllərinin başında İnam Kərimov və onun komandası durur.

Bu komandanın tərkibində Aparat rəhbəri Rəfail Quliyev, Aqrar Xidmətlər Agentliyinin sədr müavini,kənd təsərrüfatından məlumatı olmayan Cəfər Məhərrəmov və ixtisasca neftçi olan Rəşad Vahabzadə də var.Bunların korrupsiya əməlləri barədə əlimizdə kifayət qədər çox ciddi faktlar var və bu faktları vaxtaşırı olaraq mətbuatda işıqlandırmışıq.Bundan əlavə Baş prokurorluğa və digər hüquq mühafizə orqanlarına məlumat vermişəm.

Onu da qeyd edim ki,dəfələrlə mediada öz savadsızlığı ilə özünü və bütün nazirliyi biabır edən Cəfər Məhərrəmov çıxışları ilə sübut edib ki, bu nazirlikdə bir nəfər də olsa ixtisaslı kadr yoxdur. Onlar kadr korpusunu məhv edərək, əslində nazirliyi korrupsiya və rüşvətxorluq yuvasına ceviriblər. Dəfələrlə Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov Nazirlər Kabinetinin 14 yanvar 1994-cü il tarixli, 10 saylı qərarını yersiz sayıb və bizə bildirib ki, şəhidlik statusundan istifadə etməyin.

Bildirirəm ki, Cəfər Məhərrəmovun savadsız çıxışları xalq tərəfindən istehza ilə qarşılanır. Belə ki, o Real TV-də çıxışı zamanı tez yetişən sorta qısa müddətə bara düşən sort adı verib və elmə yeni “termin” gətirib.

Onların etdikləri cinayətlər barədə bir neçə faktı nəzərinizə çatdırıram. Belə ki, 2022-ci ilin dekabr ayında Cəfər Məhərrəmov və Rəşad Vahabzadə rayonlardakı işçilərinə göstəriş verərək 2020-2021-ci illərdə analiz olunmuş torpaq nümunələri üçün vətəndaşlardan ərizə yığdırırlar ki,guya vətəndaşlar özləri xahiş edib ki,onların torpağı analiz olunsun. Bu analizlər isə pulludur. Bu vaxtı keçmiş “əməliyyat” iki ildən sonra məcburi olaraq saxta yolla rəsmiləşdirilir ki,bu da mənimsənilmiş pulların üstünü ört-basdır etmək üçün maxinasiya hesab olunur.

Aqrar Xidmətlər Agentliyinin ixtisasca neftçi olan, Azərbaycan əlifbasını bilməyən əməkdaşı Rəşad Vahabzadə 2021-ci ildə Respublika üzrə bütün toxumluq əkinlərin aprobasiya aktlarında təsərrüfat rəhbərləri üçün nəzərdə tutulmuş sənədlərdəki yerə öz idarəsinin möhürünü vurub.Bu sənədlər toxumçuluqda çox mühüm və ciddi sənəddir və bu sənəd minlərlədir.Aqrar Xidmətlər Agentliyi tərəfindən qanunsuz olaraq işdən çıxarılan,peşəkar mütəxəssis olan oğlum Həsənov Naməddin Tofiq oğlu bununla bağlı şikayət etdikdən sonra, 2022-ci ilin aprobasiya aktlarında Rəşad Vahabzadə həmin təsərrüfat rəhbərlərinin yerinə möhür vurmamışdır.

Rəşad Vahabzadə gec də olsa başa “düşmüşdür” ki, möhür vurduğu yer təsərrüfat rəhbərləri üçün nəzərdə tutulmuşdur.Bu savadsıza izah edirəm ki,əgər təsərrüfat rəhbəri fiziki şəxsdirsə həmin yerə imza atmalı, hüquqi şəxsdirsə öz imza və möhürünü vurmalıdır.Hal-hazırda 2021-ci il və 2022-ci ilin aprobasiya aktları üzləşdirilərsə qeyd etdiyim faktlar öz təsdiqini tapar, çünki həmin sənədlərin hamısı Aqrar Xidmətlər Agentliyindədir.

Beləliklə ,ölkə başçısının etimad və inamını doğrultmayan,korrupsiya yolu ilə Kənd Təsərrüfatını bərbad vəziyyətə salan,Azərbaycanda qiymətlərin yüksəldilməsinə şərait yaradan İnam Kərimov və onun yuxarıda adlarını qeyd etdiyim komandası təcili olaraq qanun qarşısında cavab verməlidir.

Möhtərəm prezident!

Əlimizdə onlarla belə ciddi faktlar var.Həmin faktların araşdırılması aidiyyəti üzrə hüquq mühafizə orqanlarının səlahiyyətlərinə aid olsa da, hələlik heç bir əməli fəaliyyət yoxdur.

Hörmətlə,Şəhid və Qarabağ veteranı anası Həsənova Ceyran Məhəmməd qızı

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir