Sosial

Saleh Məmmədov “biznesmen” müşavirini vəzifəsindən azad etdi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov “biznesmen” müşavirini vəzifəsindən azad edib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Saleh Məmmədovun müvafiq əmri ilə Şahin İbadov AAYDA sədrinin müşaviri vəzifəsindən kənarlaşdırılıb.

Ehtimal edilir ki, Saleh Məmmədovun müşavirini işdən çıxartması Qaynarinfo-da Şahin İbadovun rəhbərlik etdiyi “Bakı Tikinti Kosntruksiya” Qapalı Səhmdar Cəmiyyətində ciddi korrupsiya hallarına yol verməsi ilə bağlı məlumatların dərc edilməsindən sonra baş verib. Onun Saleh Məmmədovla başqa problemlərinin də olduğu deyilir.

Şahib İbadovun vəzifəsindən azad edilməsi ilə bağlı dörd gün əvvəl AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli ilə əlaqə saxladıq. O, bizə bu barədə məlumat verəcəyini desə də, nədənsə sonradan zənglərimizə cavab vermədi.

Eyni zamanda Şahin İbadovun rəhbəri olduğu QSC-də qeyri-qanuni tikililərin mövcudluğu ilə bağlı müvafiq qurumlara ünvanladığımız sorğular da cavabsız qalıb.

Qeyd edək ki, “Bakı Tikinti Kosntruksiya” QSC-də qeyri-qanuni tikililər mövcuddur. İddia edilir ki, BTK ərazisində heç bir rəsmi dövlət orqanı tərəfindən razılaşdırılmadan qeyri-qanuni soyuducu anbarlar tikdirilib.

Bu azmış kimi, sözügedən anbarlar sahibkarlara yüksək məbləğdə icarəyə verilir. İcarədən yığılan vəsaitin çox cüzi hissəsi isə vergi və digər dövlət rüsumlarına yönəldirilir.

Ərazidə yerləşən anbarlar, üstəlik buradan yığılan icarə haqqı qeyri-qanunidir, rəsmi bəyan olunan hissəsi çox cuzidir və realıqdan fərqlənir. Nəticədə bu BTK-nın gəlirlərin gizlədilməsinə, birbaşa vergi və digər dövlət rüsumlarının ödənişlərindən yayındırılmasına gətirib çıxarır.

Mənbənin verdiyi məlumata görə, bir il öncə ərazidə növbəti qeyri-qanuni tikinti aparılıb. Nərimanov rayon İcra Hakimiyyəti və Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən tikinti işləri dayandırılıb. Hətta tikinti işləri sonuncu dəfə polisin müdaxiləsindən sonra dayandırılıb.

Mənbə qeyd edir ki, bu ilin sentyabr ayından başlayaraq, FHN-nin və digər dövlət qurumlarının rəsmi razılığı olmadan QSC-nin ərazisində yenidən qanunsuz əsaslı tikinti işləri davam etdirilib.

Qaynarinfo

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir