Cəmiyyət

Pirverdiyev bank sektorundan da çıxarılır… – İDDİA

“Expressbank” “KapitalBank”a birləşdirilir?

Bu barədə “İnterPosta”-nın əldə etdiyi məlumatda deyilir.

Məlumatda “Expressbank” “KapitalBank”a birləşdirilməsinə səbəb bankın əsl sahibi “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin keçmiş prezidenti Etibar Pirverdiyevin vaxtilə dövlətə vurduğu külli miqdarda maddi ziyanla bağlı olduğu iddia edilir.

Belə ki, Etibar Pirverdiyev vəzifədə olarkən yaratdığı bir neçə inşaat şirkətləri ilə ölkədə ən böyük layihələrin tikintisini həyata keçirib. Bu layihələrdən biri də Dövlət Bayraq Meydanının tikintisi olmuşdur. Dövlət Bayraq Meydanının tikintisini o zaman Etibar Pirverdiyevə məxsus olduğu deyilən “Azenko” şirkəti aparmışdır.

Yüz milyon manata yaxın vəsait xərclənən Dövlət Bayraq Meydanı keyfiyyətsiz tikildiyinə görə bir müddət sonra bağlanmışdır.

Dövlətə dəyən on milyonlarla manat ziyana görə “Expressbank”-ın Etibar Pirverdiyevdən alınacağı deyilir.

Qeyd edək ki, Etibar Pirverdiyevin xaricdə də geniş biznesi var. Onun həyat yoldaşı xaricdə fəaliyyət göstərən ESKO LTD şirkətinin 3 təsisçisindən biridir.

E.Pirverdiyevin qızı Dünya Pirverdi isə İngiltərədə fəaliyyət göstərən JDE TRADING LIMITED şirkətin sahibidir.

Onu da qeyd edək ki, “Expressbank” cırtdan banklardan hesab edilir.

“Expressbank”-ın nizamnamə kapitalı 112 milyon manat, qanuni təmsilçisi isə Məmmədov Mehman Sabir oğludur.

Mehman Məmmədov eyni zamanda “Expressbank”-ın İdarə Heyətinin sədridir.

“Expressbank” xəbərə münasibət bildirməyib. //“İnterPosta”//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir