Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin icazə verdiyi daha bir qanunsuz tikili sökülüb.
Tribunainfo.az xəbər verir ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində müvafiq icazəverici sənədlər olmadan və yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktı aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyekt sökülüb.
Rayonun Məhəmmədi kəndində iki ay içində icra başçısının tikintisinə icazə verdiyi ikinci qanunsuz tikilidir ki, FHN tərəfindən sökülür.
Sonuncu belə tikili 26 dekabr tarixində nazirlik tərəfindən qanunsuz olduğu üçün sökülmüşdü.
Qeyd edək ki, bu, A.Fərzəliyevin Abşeron rayonunda, həmçinin Məhəmmədi kəndində tikintisinə icazə verdiyi və sonradan qanunsuz olduğu üçün sökülən ilk tikili deyil.
Tribunainfo.az