Sosial

“Optimal Elektronika” müştərilərə qarşı dələduzluq edir?

“Optimal Elektronika” kreditlə telefon alan müştərini aldadıb.

Redaksiyamıza “Optimal Elektronika” mağazalar şəbəkəsindən şikayət daxil olub.

Pərvinə Əzizi bildirir ki, o ,15.03.2022-ci il tarixində “Optimal” elektonika mağazalar şəbəkəsinin Həzi Aslanov filialından 1 illik kreditlə telefon alıb. Pərvinə krediti 1 ilə yox, 9 aya, 05.12.2022 tarixində bağlayıb. Daha sonra o bankdan kredit götürmək istəsə də bildirilib ki, onun adına 7 gün gecikmə və 225 manat borc var. “Optimal’ məsuliyyəti “Kəpəz” bonkt bank olmayan kredit təşkilatının üzərinə qoyub. Məlum olub ki, “Optimal” müştəridən pulu alıb, amma “Kəpəz” bonkt -a ödəməyib. “Kəpəz” bonkt Pərvinəyə bildirib ki o bu halla üzləşən ilk müştəri deyil. “Kəpəz”in “Optimal”la müqaviləsi olsa da “Optimal” minlərlə müştərinin ödənişini “Kəpəz”ə çatdırmayıb. Pərvinə 2 aydır “Optimal”a müraciət etsə, də onun şikayətinə baxılmır.

Sonxeber.az qarşı tərəfin mövqeyini öyrənmək üçün “Optimal”a müraciət edib, lakin rəhbərlik açıqlama verməkdən yayınıb.

"Optimal Elektronika" müştərilərə qarşı dələduzluq edir?
"Optimal Elektronika" müştərilərə qarşı dələduzluq edir?

Sonxeber.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir