Cəmiyyət

Naxçıvan Dövlət İmtahan Mərkəzi imtahan sualının birini 60 MANATA SATIB – ŞOK QALMAQAL

Naxçıvan Dövlət İmtahan Mərkəzinin 27-29 dekabrda müəllimlər üçün keçirdiyi test imtahanındakı cavabların əvvəlcədən satıldığı bildirilir. Bu səbəbdən, çoxlu savadsız namizədlərin müəllim adını qazandığı, bəzi savadlıların isə, kənarda qaldığı bildirilir.

Zirveyolu.info bildirir ki, bu haqda “Gündəlik Naxçıvan”a imtahanda iştirak edən müəllimlər məlumat verib.

Şərur rayonundan olan namizəd M. Allahverdiyev deyir ki, imtahan sualının hər biri 60 manata satılırmış:

“İmtahan mərkəzində rüşvət olması ilə bağlı dəfələrlə aidiyyəti qurumlara şikayət olunub. Lakin araşdırıb baxan yoxdur. Kifayət qədər faktlar da var. Naxçıvan İmtahan Mərkəzinin əməkdaşı Samiq İlqaroğlu öz qohumu Cəfər Sadıqov vasitəsi ilə imtahan zamanı 50-60 manata sualların düzgün cavabını satır. Öz biliyinə keçmək demək olar ki, mümkün deyil. Qəsdən kəsirlər ki, rüşvət verəsən. Məcbursan ki, borc-xərc edib, aparıb 1000-1500 manat rüşvəti verəsən ki, işini itirməyəsən”

Şikayətçilər arasında Babək rayonundan olan müəllim və məktəb direktorları da var. Direktorlar bildirir ki, test imtahanlarında rüşvət səbəbindən, savadlı müəllimlər kənarda qalır. Bu da təhsilin aşağı düşməsinə səbəb olur.

Rayonun Nehrəm qəsəbə 2 saylı məktəbinin müəllimi N. Məmmədov (ad şərtidir) deyir ki, imtahanda iştirak edən direktorlardan ikiqat rüşvət alınır:

“Rayon məktəblərinin birində direktor tanıyıram. Çox savadlı müəllimdir. İmtahandan keçəcəyimə əmin olduğu üçün testə girdi. Yaxşı hazırlaşmasına, yüksək savadına baxmayaraq, ilk testdən müsbət cavab ala bilmədim. Sonra tanışlardan biri dedi ki, burada yalnız savad, bilik keçmir, həm də pul rol oynayır, verməzdən işdən atarlar. O da məcbur qalıb, araçı vasitəsiylə 2 min manat verdib, o da imtahan mərkəzinə çatdırdı. Rüşvət verdiyinə görə, növbəti imtahanı uğurla qazandı. Hazırda işinə davam edir”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir