Cəmiyyət

Azərbaycanda məşhur general-leytenant pensiyaya göndərildi — Özündən AÇIQLAMA

 

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin sərəncama götürülən rəisi, general-leytenant Şahmar Paşayev pensiyaya göndərilib.

Bu barədə açıqlamasında generalın özü məlumat verib.

“Mən hazırda pensiyadayam, Kəmaləddin Heydərov məni pensiyaya göndərib.Fövqəladə Hallar Nazirliyindən uzaqlaşmışam. 7 ildir işləyirdim, indi istirahət edirəm. İstirahət edəcəm, sonra baxım görüm nə edirəm.”

Qeyd edək ki, Şahmar Paşayev ölkədə nüfuzlu generallardandır. O uzun illər polis orqanlarında çalışıb. Bakı Şəhər Baş Polis Idarəsinin rəis müavini, Şamaxı, Yasamal, Şirvan və Salyan rayonlarının polis rəisi vəzifələrində işləyib.

Manset.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir