Manşet

“Mənim üçün ən başlıcası, bu dünyanı nə ilə tərk edəcəyimdir…” – İBRƏTAMİZ…

“Allah bütün dediklərim və etdiklərim barədə soruşacaqdır…”

 Qarışıq döyüş növləri üzrə (UFC) yüngül çəkidə dünya çempionu olan Həbib Nurməhəmmədov əmindir ki, həyatda ən vacib şey  kimliyindən asılı olmayaraq insanın bu dünyadakı sonuna nə ilə yaxınlaşmasıdır.
Moderator.az  Dağıstan mediasına istrinadla xəbər verir ki, idmançı bu haqda Rusiyanın Birinci telekanalındakı verilişdə danışıb.
“Mənim üçün ən başlıcası,  bu dünyanı  nə ilə tərk edəcəyimdir … Allah bütün dediklərim və etdiklərim barədə məndən soruşacaqdır. Mən hər şeyə görə cavab verməli olacağam” –deyə müsəlman döyüşçü bildirib.
Həbib üçün ailə dəyərləri də çox vacibdir. Çempion uğur qazanmağın  çətin yollarında daim onu dəstəkləyən ata-anasına böyük sevgi, sayğı və minnətdarlıqla yanaşdığını ifadə edib.
Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir