Estoniya televiziyasında yayımlanan “Şahid” adlı proqramda şok iddia səsləndirilib.
Redaktor.az “Moskovskiy Komsomolets”-ə istinadən xəbər verir ki, verilişin müəllifləri ABŞ-ın Estoniya ərazisində gizli hərbi baza saxladığını bildirib.
Məlumata görə, hərbi baza 2014-cü ildə yaradılıb və orada yalnız xüsusi təyinatlı hərbçilər saxlanılır. Müəlliflər bazanın Rusiyanın Krımı ilhaq edəndən sonra yaradıldığına da diqqət çəkiblər.