Dünya Manşet

“Azərbaycan səfirliyinə hücum xəbərindən sarsılmışıq” – Rusiya səfirliyi

Rusiyanın Azərbaycandakı səfirliyi ölkəmizin İrandakı səfirliyinə silahlı hücumla bağlı başsağlığı verib.

Bu barədə diplomatik missiya bəyanat yayıb.

“Təhlükəsizlik xidmətinin əməkdaşı Əsgərov Orxan Rizvan oğlunun ölümü ilə nəticələnən Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum xəbəri bizi sarsıdıb. Azərbaycanlı həmkarlarımıza dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq. Ümid edirik ki, bu faciəvi hadisə hərtərəfli şəkildə araşdırılacaq və günahkar şəxslər cəzalandırılacaq”, – səfirliyin bəyanatında qeyd edilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir