Azərbaycanın XİN başçısının müavini: “Səfirlik əməkdaşlarının təhlükəsizliyinin təminatı ilə bağlı İrana etibarımız yoxdur”
“Hər hansı ölkədə diplomatik fəaliyyəti dayandırmaq məsuliyyətli qərardır. Amma səfirliyimizin əməkdaşlarının təhlükəsizliyinin təminatı ilə bağlı İran tərəfinə ümidimiz, etibarımız yoxdur”.
“Zirvə yolu”nun xəbərinə görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
“Biz bunu İran tərəfinin də diqqətinə çatdırmışıq. Nə üçün bunu deyirik? Çünki dəfələrlə İran tərəfinin nəzərinə çatdırmışdıq ki, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə qarşı İran ərazisində təhdidlər var”, – X.Xələfov deyib.