Manşet Siyasət

Sergey Lavrov: “Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prioritetimizdir”

“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prioritetimizdir”.

“Zirvə yolu” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Bizi Cənubi Qafqaz dövlətləri respublikaları ilə ümumi tarix, mənəvi və mədəni yaxınlıq, xalqlar arasında möhkəm dostluq telləri bağlayır. Cənubi Qafqazla bilavasitə həmsərhəd olan Rusiya bu regionun sabitliyində və rifahında, onun nəqliyyat, logistika, ticarət, investisiya, texnoloji imkanlarından qarşılıqlı faydalı istifadə və açıqlanmasında maraqlıdır. Diplomatiyamızın məqsədi də məhz budur”, – o qeyd edib.

S.Lavrov bildirib ki, Rusiya regionda yığılmış münaqişə potensialının aradan qaldırılması üçün intensiv işləyir: “Bu baxımdan prioritet vəzifələrdən biri Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasıdır. Əsası Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli bəyanatları təşkil edir. Əminik ki, prosesin uğuru tamamilə bu üçtərəfli qaydalara ciddi riayət olunmasından asılıdır”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir