Cəmiyyət

Yenidən 2 nömrəli Baza Tibb Kollecinin direktoru ilə müqavilə bağlanır? – İLGİNC

“Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeçiliyində olan 2 nömrəli Baza Tibb Kollecində islahatlar aparılmalı,orada uzun illərdən bəri kök salmış “idarəçilik” sistemi yenilənməlidir.Bu artıq yeni çağırışlar konteksində tələbdir. Kollecdə çoxları bunu açıq bildirməyə çəkinsələr də, dəhlizlərdə gizlin də olsa dilə gətirilir, təhsil müəissəsinin direktoru Dilarə Məmmədəliyevanın dəyişdirilməli olduğu danışırlar”. Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir…

Məqalədə daha sonra bildirilir: “Hesab edilir ki,68 yaşının tamamına rəğmən direktor hələ də əvəzlənmir,hər il onunla yanvar ayının 29-na təsadüf edən ad günündən 3 gün sonra əmək müqaviləsi bağlanır.Bu səbəbdən təqaüd yaşını arxada qoyan Dilarə Məmmədəliyeva özündən aslı olmayan şəkildə çətinliklərlə üzləşir,kolleci şöbə müdirləri primitiv qaydalarla idarə edirlər.

Sabiq Səhiyyə naziri Oktay Şirəliyevin aparat rəhbəri Nigar Əliyevanın ən yaxın adamı kimi həmişə müdafiə olunan Dilarə Məmmədəliyeva haqqında internetdə kifayət qədər tənqidi məqalələr mövcuddur.Xatırlatmağa ehtiyac bilmədiyimiz məqalələrin məzmununda orada təzahür etmiş neqativ hallardan,direktora bu işlərdə yardımçı olan şöbə müdirlərindən bəhs olunur.Yeniliyi inkar edən belə insanlarla işlənilməsi kollecin müəllim və tələbə heyəti tərəfindən də yaxşı qarşılanmır.

Ümumi mənzərə Səhiyyə Nazirliyinin yenilikçi heyət üzvülərinin imici üçün də xoş təsir bağışlamır.Çoxları düşünür ki,hansı məcburiyyətdən direktorla yenidən müqavilə bağlanır.Belə anlaşılır ki,2 nömrəli Baza Tibb Kollecini idarə edə biləcək gənc,yenilikçi kadrlar yoxdur”.

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir