İrlandiya parlamentinin komitə sədri: “Azərbaycanın İrandakı səfirliyinə hücum qəti şəkildə pislənməlidir”
“Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumun səbəbkarları məsuliyyətə cəlb edilməli, bu hadisə qəti şəkildə pislənməlidir”.
“Zirvə yolu” xəbər verir ki, bunu İrlandiya parlamentinin Xarici əlaqələr komitəsinin sədri Çarli Flanaqan deyib.
“Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum qəti şəkildə pislənməlidir. Həlak olmuş mühafizəçinin ailəsinə başsağlığı verirəm. Cinayəti törədənlər məsuliyyətə cəlb edilməlidir. Vyana Konvensiyasına görə, diplomatların və diplomatik nümayəndəliyin təhlükəsizliyinin təmin edilməsi öhdəliyi onların yerləşdiyi ölkənin üzərinə düşür”, – irlandiyalı parlamentari deyib.